18 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan millisinin Litvada təşkil edilən Avropa çempionatının B divizionunun pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, təmsilçimiz 9-16-cı yerlər uğrunda mübarizədə Danimarka seçməsi ilə üz-üzə gələcək.
İyulun 11-də baş tutacaq görüş Bakı vaxtı ilə 22:30-da start götürəcək.
Azərbaycan yığması daha öncə qrupda Bosniya və Heseqovinanı (83:81), İslandiyanı (86:79), Kosovonu (62:54) məğlub edib, Ukrayna (65:78) və Litvaya (31:82) uduzub. Yekunda 8 xal toplayan komandamız qrupda 3-cü yeri tutub.
Nihat