Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində iki oyun keçirəcək.
Fanat.Az xəbər verir ki, ilk qarşılaşma Bakı vaxtı ilə saat 13:20-də "Tsukuba"ya (Yaponiya) qarşı olacaq.
Təmsilçimiz növbəti matçını 15:00-da İsveçrə təmsilçisi "Lozanna"ya qarşı keçirəcək. Təsnifat qrupunun qalibi əsas mərhələdə C qrupunda Sinqapur və Ukrayna ilə mübarizə aparacaq.
Bu, millinin yeni mövsümdə qatıldığı ikinci turnirdir. Yığmamız may ayında Bakı mərhələsində iştirak edərək 8-ci yeri tutub.
Nihat