
"Abşeron Lions" heyətini yeni basketbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
ABŞ-dən olan oyunçu Ceylen Şou 2025/2026 mövsümündə Azərbaycan təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, basketbolçu son olaraq Avstriyada "Rayffeysen" klubunun formasını geyinib.