
Basketbol üzrə Çempionlar Liqasının müntəxəm mövsümündə mübarizə start götürür.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" bu gün ilk oyununa çıxacaq.
B qrupunda yer alan ölkə çempionu startda Çexiyanın “Nimburk” komandası ilə səfərdə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Rimas Kurtinaytisin baş məşqçisi olduğu “Sabah” tarixində ilk dəfə yarışacağı ÇL-ə bu heyətlə yollanıb: Castin Tillman, Keyt Cordan, Həsəni Qravvet, Şirzad Şirzadov, Devid Nikols, Ceyms Eads, Endar Poladxanlı, Klavs Kavars, Kamran Məmmədov, Jan-Mark Pansa, Ramiz Quliyev, Hüseyn Məmmədov, Hüseyn Qaflanov, Andrey Qaflanoviç.
Qeyd edək ki, təmsilçimizin yer aldığı qrupun digər oyununda Almaniyanın "Alba" ilə Fransanın "Elan Şalon" komandaları üz-üzə gələcəklər. Görüş sabah keçiriləcək.
Çempionlar Liqası
B qrupu
7 oktyabr
20:30. Nimburk (Çexiya) – Sabah (Azərbaycan)
Praqa. "Kralovka Arena".