
Bu gün Azərbaycan Basketbol Liqasında II turun daha bir oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, son çempion "Sabah" NTD ilə qarşılaşacaq.
Milli Gimnastika Arenasında baş tutacaq matç saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" isə "Gəncə"yə (96:94) qalib gəlib. Tura oktyabrın 12-də yekun vurulacaq.