
Azərbaycan Basketbol Liqasında III tur bu gün start götürəcək.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk oyununda B qrupunda yer alan "Lənkəran" "Naxçıvan"ı qəbul edəcək. Görüş Lənkəran Olimpiya Kompleksində baş tutacaq.
Qrupun digər oyununda "Ordu" "Sərhədçi" ilə üz-üzə gələcək. Matç Bakı İdman Sarayında keçiriləcək.
Qeyd edək ki, "Ordu" 4 xalla B qrupunun lideridir. 3 xalı olan "Sərhədçi", "Lənkəran" və "Naxçıvan" müvafiq olaraq 3-5-ci pillələrdə qərarlaşıblar. Qrup sonuncusu aktivində cəmi 2 olan "Sumqayıt"dır.
Azərbaycan Basketbol Liqası
III tur
17 oktyabr
15:00. Lənkəran – Naxçıvan
Lənkəran. Olimpiya İdman Kompleksi.
19:00. Ordu – Sərhədçi
Bakı İdman Sarayı.
Qeyd edək ki, III turun qalan oyunları oktyabrın 18-19-da keçiriləcək. A qrupunun "Neftçi" - "Gəncə" oyunu Bakı klubunun avrokuboklar görüşü ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınıb.
18 oktyabr
13:30. Sabah – Şəki
Bakı İdman Sarayı.
16:30. Sumqayıt – Quba
Bakı İdman Sarayı.
19 oktyabr
17:00. NTD – Abşeron Lions
Bakı İdman Sarayı.