Bu gün Azərbaycan Basketbol Liqasında 12-ci tur start götürəcək.
Fanat.Az xəbər verir ki, turun ilk günündə iki oyun keçiriləcək.
B qrupunda baş tutacaq oyunlarda “Sərhədçi” “Lənkəran”ı, “Quba” isə “Ordu”nu qəbul edəcək.
“Sərhədçi” - “Lənkəran” qarşılaşması “Sərhədçi” İdman Mərkəzində keçiriləcək və saat 20:00-da başlayacaq. Günün digər qarşılaşması isə Quba Olimpiya İdman Kompleksində təşkil olunacaq və saat 15:00-da start götürəcək.
B qrupunda “Ordu” 22 xalla birinci, “Quba” 15 xalla üçüncü, “Sərhədçi” 15 xalla dördüncü, “Lənkəran” isə 14 xalla beşinci yerdə qərarlaşıb.
Tura yanvarın 11-də yekun vurulacaq.
ABL 12-ci tur 8 dekabr
15:00. Quba - Ordu Quba. Olimpiya İdman Kompleksi.
20:00. Sərhədçi - Lənkəran Bakı. "Sərhədçi" İdman Mərkəzi.
Turun digər qarşılaşmalarının oyun cədvəli belədir:
9 yanvar
20:00. Naxçıvan - Sumqayıt Bakı. "Sərhədçi" İdman Mərkəzi.
10 yanvar
14:00. Sabah - NTD Bakı. "Sərhədçi" İdman Mərkəzi.
17:00. Neftçi - Şəki Bakı. "Sərhədçi" İdman Mərkəzi.
11 yanvar
15:00. Abşeron Lions - Gəncə Bakı. "Sərhədçi" İdman Mərkəzi.
A qrupu
1. Abşeron Lions 11 10 1 +124 21 2. Sabah 10 9 1 +196 19 3. Gəncə 10 5 5 -29 15 4. Neftçi 10 4 6 +39 14 5. Şəki 11 2 9 -151 13 6. NTD 10 1 9 -179 11
B qrupu
1. Ordu 11 11 0 +229 22 2. Naxçıvan 11 8 3 +24 19 3. Sərhədçi 11 4 7 -62 15 4. Quba 11 4 7 -41 15 5. Sumqayıt 11 3 8 -115 14 6. Lənkəran 11 3 8 -42 14