
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur start götürəcək.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutacaq.
Əvvəlcə "Ordu" ilə "Neftçi" üz-üzə gələcəklər. Görüş saat 16:00-da başlayacaq. İki saat sonra isə "Xilasedici" "Gənclər"i sınağa çəkəcək.
Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.