
Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, mərhələnin ikinci görüşləri bu gün start götürəcək.
İlk oyun günündə bir görüş baş tutacaq. "Gəncə" evdə "Sabah"la üz-üzə gələcək. Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında ilk oyun paytaxt təmsilçisinin 96:67 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Basketbol Liqası
Yarımfinal, ikinci oyun
25 aprel
14:00 Gəncə – Sabah
Gəncə, İdman Sarayı.
(İlk oyun – 67:95).
Yarımfinalın ikinci oyunu sabah keçiriləcək:
26 aprel
14:00. Neftçi - Abşeron Lions
Bakı İdman Sarayı.
(ilk oyun - 89:95).
Qeyd edək ki, cütlüklərdə ilk iki qələbə qazanan komandalar qalib olacaq. Əgər iki oyun heç-heçə ilə başa çatarsa, komandalar üçüncü oyunda bir-biri ilə qarşılaşacaqlar.