
Lukas Qrabauskas "Sabah" basketbol klubunun yeni idman direktoru təyin olunub.
Fanat.Az xəbər verir ki, son iş yeri Litva klubu "Lietkabelis" olan Lukas Qrabauskasun keçidini "bayquşlar"ın mətbuat xidməti elan edib.
Basketbolda 15 ildən artıq təcrübəyə malik olan Qrabauskas idman menecmenti və skautinq sahəsində geniş biliyə sahibdir. Son səkkiz il ərzində o, "Lietkabelis" klubunda çalışıb. Bu dövrdə klub Litvanın ən güclü komandaları arasında daim öz yerini qoruyaraq FIBA Çempionlar Liqası (BCL) və "EuroCup" kimi beynəlxalq turnirlərdə müntəzəm olaraq iştirak edib.
Karyerasının əvvəlində isə Qrabauskas dünya səviyyəli NBA və Avropa Liqası klublarında staj keçərək beynəlxalq təcrübəsini daha da genişləndirib.