
Dünya Qadın Seriyasında "Bakı" mərhələsinin oyunları davam edir.
Fanat.Az xəbər verir ki, 18 iyul 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Bakı mərhələsinin ilk oyun gününün görüşləri keçirilib. Bakı mərhələsində qadınlardan ibarət millimiz ilk təsnifat oyununda Benin yığmasına 21:3 hesabı ilə qalib gəlsə də, ikinci görüşdə Brazilya seçməsinə 9:19 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.
Klub komandamız "Neftçi" ilk qrup oyununda Çexiyanın "Praqa" klubu ilə qarşılaşıb və rəqib üzərində 18:14 hesablı qələbəyə sevinib. İkinci qrup oyununda isə "Neftçi 16:21 hesabı ilə Litva millisinə məğlub olsa da, 1/4 final şanslarını qoruyub saxlayır.
Qeyd edək ki, qrupda ilk iki sıranı tutmuş kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar. 1/4 final oyunları 19 iyulda baş tutacaq.