
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, təmsilçimiz 1/4 finalda məğlubiyyətə düçar olub.
"Ağ-qaralar" qrup lideri kimi vəsiqə qazandığı raundda Çinin "Pekin" klubuna uduzub - 17:20.
Qeyd edək ki, "Neftçi SOCAR" ilk matçda ABŞ millisinə 18:13 hesabı ilə qalib gəlmiş, son qrup oyununda isə Niderlandın U-25 komandasını 20:18 hesabı ilə məğlub edib.