
"Neftçi" klubu basketbolçuları Nicat Nəsirov və Ağa Ağayevin müqaviləsinin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
Ötən mövsüm heyətdə yer alan müdafiəçilər Nicat Nəsirov və Ağa Ağayevlə daha 1 illik müqavilə imzalanıb.