
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasında növbəti sınağına çıxır.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Fransanın Bordo şəhərində keçirilən “Bordeaux Women’s Series 2026” turnirində mübarizəyə başlayır.
.
"Ağ-qaralar" yarışın ilk günündə iki oyun keçirəcək. Azərbaycan təmsilçisi əvvəlcə İtaliya ilə qarşılaşacaq ki, oyun Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Saat 23:15-də isə Çili yığması ilə duel olacaq.
Qeyd edək ki, "Neftçi SOCAR" avqustun əvvəlində “Sea Breeze”də keçirilən turnirin 20-ci mərhələsində birbaşa əsas mərhələdən mübarizəyə qoşularaq qrupda "Arrasate" (12:10) və "Yantszin" (21:13) komandalarını üstələyib. Bu qələbələr sayəsində 1/4 finala yüksələn "ağ-qaralar" burada İspaniyanın “Madrid” komandası ilə qarşılaşıb. İspaniya təmsilçisi əlavə vaxtda 14:12 hesabı ilə qalib gəlib.