"Yuta"nın qardı Donovan Mitçell koronavirusa yoluxub.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Mitçellin analiz nəticəsi pozitiv çıxıb. Daha əvvəl "Yuta"nın mərkəz oyunçusu Rudi Qoberdə koronavirus aşkarlanmışdı. Təsdiqlənməmiş məlumatlara görə, komandanın bir digər üzvü - Emmanuel Mudieyə də COVID-19 diaqnozu qoyulub.
Qeyd edək ki, Qoberin koronavirusa yoluxduğu məlum olduqdan sonra NBA rəhbərliyi müntəzəm çempionatı qeyri-müəyyən müddətə dayandırmışdı.
Fanat.Az