NBA-da koronavirusa yoluxan basketbolçuların sayı artır.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "Sakramento"nun oyunçuları - Aleksey Len, Baddi Hild və Cabari Parker, o cümlədən "İndiana"nın qardı Malkolm Broqdonun test nəticələri müsbət çıxıb.
Broqdon yaxın həftələrdə Atlantada irqi ayrıseçkiliyə qarşı keçirilən etiraz aksiyasına qatılmışdı.
Daha öncə Nikola Yokiç ("Denver") və "Finiks"in iki basketbolçusunda COVID-19 aşkarlanmışdı.
Qeyd edək ki, "Sakramento" və "İndiana" mövsümün davamında iştirak edəcək 22 komanda sırasındadılar.
Fanat.Az