"Bruklin"in mərkəz oyunçusu Deandre Cordan mövsümün qalan hissəsində oynamayacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Cordan koronavirusa yoluxduğu üçün bu yöndə qərar qəbul edib. 31 yaşlı basketbolçu "Twitter" hesabındakı paylaşımında qeyd edib:
"Ötən gecə koronavirus testimin nəticəsinin pozitiv olduğunu öyrəndim. Mövsüm bərpa olunduqdan sonra oynamayacağımı bildirmək istərdim".
Qeyd edək ki, D. Cordanın komanda yoldaşı Spenser Dinuiddidə də COVID-19 aşkarlanıb.
Fanat.Az