Kişi basketbolçuların İspaniya çempionatında 2019-20 mövsümü bu gün başa çatacaq.
Fanat.Az xəbər verir ki, "Barselona" və "Baskoniya" final matçında üz-üzə gələcəklər. "Valensiya"ya məxsus "La Fonteta" arenasının ev sahibliyi edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
ACB
Final
22:00. "Barselona" - "Baskoniya"
"La Fonteta", Valensiya
"Barselona" indiyə kimi 18, "Baskoniya" isə 3 dəfə İspaniya çempionatının qalibi olub.
Qeyd edək ki, ACB Liqasında final mərhələsi koronavirus pandemiyası ilə əlaqədar olaraq, turnir cədvəlinin son vəziyyətinə uyğun müəyyənləşdirilmiş 12 ən yaxşı komandanın iştirakı ilə keçirilib.
Fanat.Az