"Barselona" çempionluğu son saniyələrdə əldən verdi - VİDEO
Kişi basketbolçuların İspaniya çempionatında 2019-20 mövsümünə yekun vurulub.
Fanat.Az xəbər verir ki, "Barselona" və "Baskoniya" final matçında üz-üzə gəliblər. Katalon klubu oyunun gedişində üstünlüyünü 9 xala kimi çatdırsa da, "basklar" geridönüş edə bilib. Görüşün bitməsinə 3,2 saniyə qalmış Luka Vildosanın atdığı basket həlledici olub. 69:67 hesabı ilə qələbə qazanan "Baskoniya" tarixində 4-cü dəfə İspaniya çempionu olub.
ACB
Final
"Barselona" - "Baskoniya" - 67:69
"La Fonteta", Valensiya
Qeyd edək ki, ACB Liqasında final mərhələsi koronavirus pandemiyası ilə əlaqədar olaraq, turnir cədvəlinin son vəziyyətinə uyğun müəyyənləşdirilmiş 12 ən yaxşı komandanın iştirakı ilə keçirildi.