"Leykers" Cey Ar Smiti heyətinə qatdığını açıqlayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Smitin müqaviləsi 2019-20 mövsümünün sonuna kimi nəzərdə tutulub. 34 yaşlı basketbolçu mövsümün qalan hissəsində oynamaq istəmədiyini bəyan edən Everi Bredlini əvəzləyəcək.
Smit daha öncə "Klivlend"də Lebron Ceymsin komanda yoldaşı olub. Onlar birlikdə 2016-cı ildə NBA çempionluğu yaşayıblar.
Qeyd edək ki, NBA-da mövsüm iyulun 31-də bərpa ediləcək.
Fanat.Az