"Leykers"in forvardı Lebron Ceymsin məşqdən fotosu yayılıb.
Ceymsin burnunu və ağzını bandajla örtərək məşq etməsi diqqət çəkib.
Yaxın günlərdə "Leykers" 2019-20 mövsümünün bərpası üçün Orlandoya yollanacaq. Son məlumatlara görə, mübarizəni davam etdirəcək 22 NBA komandasından yeddisi bəzi oyunçuların koronavirus test nəticələrinin müsbət çıxması səbəbindən məşq mərkəzlərini bağlayıb.
Fanat.Az