"Real" "Fənərbağça"nın qardı Kostas Slukasla əlaqə yaradıb.
Fanat.Az xəbər verir ki, "Real" yunan basketbolçu ilə əməkdaşlıqda maraqlıdı.
Fakundo Kampatso müqaviləsindəki opsiyadan yararlanaraq NBA-da oynaya bilər. Onun adı "Denver" və "Detroyt"la birlikdə hallanır. Madrid klubu Slukası Kampatsonun əvəzedicisi hesab edir.
"Fənərbağça" növbəti mövsüm üçün büdcəsini azaldıb. Bu səbəbdən baş məşqçi Jelko Obradoviç və forvard Luici Datome artıq komandanı tərk ediblər. Slukasın gələcəyi isə qeyri-müəyyən olaraq qalır.
Fanat.Az