Brendon Deyvis "Barselona"dakı çıxışını davam etdirəcək.
Fanat.Az "Eurohoops"a istinadən xəbər verir ki, "Barselona" Deyvisin müqaviləsini 2022-ci ilə kimi uzadıb.
2019-20 mövsümündə Avroliqada 28 matçda oynamaq şansı əldə edən 28 yaşlı basketbolçu 10,3 xal, 3,9 ribaund, 1,6 asist və 1,1 top oğurlama ortalamaları ilə yadda qalıb. Deyvisin ACB Liqasındakı göstəriciləri isə belədi: 11,3 xal, 4,5 ribaund, 1,0 asist və 1,7 top oğurlama.
Fanat.Az