"Nankin"in qardı Co Yanq Çin çempionatında "Şandun"la oynanılan matçda (110:125) performansı ilə diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, Yanq sözügedən görüşdə 74 xal toplayıb. 28 yaşlı basketbolçu 39 ikilik cəhdindən 21-də dəqiq olub. O, 11 üçlükdən 6-sını xala çevirib. Bununla yanaşı, Yanq 15 foul atışından 14-nü dəqiq yerinə yetirib.
Amerikalı oyunçu daha öncə NBA-da çıxış edib. Yanq 2015-ci il NBA draftında 43-cü sıradan seçilib və üç mövsüm "İndiana" formasını geyinib.
Fanat.Az