Basketbol üzrə kiçik ölkələrin Avropa çempionatına qatılacaq Azərbaycan yığması Türkiyənin İstanbul şəhərində hazırlıqları davam etdirir.
Fanat.Az xəbər verir ki, milli təlim-məşq toplanışı çərçivəsində Türkiyənin U-20 komandası ilə yoldaşlıq oyunu keçirib. Matç seçməmizin 82:81 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın ən məhsuldar basketbolçusu 26 xalla - Cordan Deyvis olub.
Qeyd edək ki, A qrupunda yer alan yığma AÇ-də ilk oyununu iyunun 28-də Malta, 1 gün sonra isə Andorraya qarşı keçirəcək.
Digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.