Bu gün basketbol üzrə kiçik ölkələr arasında Avropa çempionatında qrup mərhələsinin son oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığmasının 1/4 finaldakı rəqibi B qrupunda Ermənistan – San Marino matçının nəticəsinə əsasən müəyyənləşib. Cütün məğlubu olan ikincilər (66:78) sabah millimizin rəqibi olacaq.
Qeyd edək ki, Azərbaycan yığması A qrupunda Malta (71:73) və Andorra (69:72) komandalarına uduzub.