Azərbaycanın 3x3 basketbol üzrə kişi və qadınlardan ibarət milli komandalarının Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında rəqibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qadınlardan ibarət yığma D qrupunda Türkmənistan, İndoneziya və Mali komandaları ilə mübarizə aparacaq.
Kişilərdən ibarət komanda isə Türkiyə, Mərakeş, Mali və Qabon komandaları ilə birlikdə C qrupunda yer alıb.
Qeyd edək ki, İslamiada 9-18 avqustda keçiriləcək.