16:41 17.03.2019 1458

Bir şəhər, bir adam: Neapolun oğlu

1987-ci ilin 10 mayı, bazar günü. Neapol partiyə hazırlaşırdı. Şəhərin futbol komandası tarixinin ən önəmli gününü yaşamaq üzrə idi. Qatar şəhərə yaxınlaşırdı. Günəşli, gözəl hava var idi. Mənimlə eyni vaqonda olan amerikalılar pəncərədən mavi bannerlər, bayraqlar, şərflər və digər atributlara bürünən şəhərə tamaşa edirdilər. Xanım həyat yoldaşına dedi: "Deyəsən, nəsə önəmli hadisə baş verir".

Öz-özümə gülümsədim və düşündüm: yəqin ki, sonuncu dəfə müttəfiq qoşunları alman işğalına qarşı dörd günlük üsyanın ardından dağıntılar altında qalmış şəhəri, ac və susuz sakinləri xilas etmək üçün Neapola daxil olanda buradakı insanlar bu qədər sevinmişdilər. Mövsümün sondan bir öncəki turunda turnir cədvəlinə başçılıq edən, ən yaxın rəqibi "İnter"i 3 xal qabaqlayan "Napoli" "Fiorentina"nı qəbul edirdi. Qələbə əlavə 2 xal (indiki günlərdən fərqli olaraq) anlamına gəlirdi. Bu sistem 1994-95 mövsümündən etibarən dəyişdirildi. Qısası, "Napoli" günorta saatlarında çempionluğu bayram edə bilərdi. Hərçənd bəzi mövhumatçı neapollular qismətə təsir göstərə biləcəklərinə inanaraq, yaşayış mənzillərinin terraslarından, balkonlardan üzərində "Napoli, Campioni d'Italia" yazılmış bayraqlar asmışdılar.

Tıxac xaosu, məskunlaşma probleməri, işsizlik, hər şeydən də önəmlisi - yerli mafiya Kamorra ətrafında cərəyan edən cinayətlər... -  Neapol adına bunlar kimi, heç də yaxşı olmayan səbəblərdən tez-tez qəzet başlıqlarında rast gələ bilərdiniz. Bu səfər isə mövzu fərqli idi. "Napoli" neapolluların təxminən 60 ildi ki, həsrətində olduqları titulu - ilk skudettosunu qazanmağa yaxın idi.

Bütün bunlar bir insan sayəsində mümkün olmuşdu. Dieaqo Armando Maradonanın hesabına "Napoli" İtaliya çempionatının üst sıralarında doğru irəliləyirdi. Argentinalının inanılmaz dərəcədə dahiliyi, zaman-zaman komanda yoldaşları ilə birlik olması, bəzən isə fərdi şəkildə ön plana çıxması, futbol zəkası... - üç il ərzində "Napoli" enmə zolağında mübarizə aparan komandadan çempionluğa iddialı komandaya çevrilmişdi.

"Napoli" azarkeşləri işlərini şansa buraxmaq istəmirdilər. Neapol mətbuatında özünə geniş şəkildə yer tapan hekayələrdən biri balıqsatanın köməkçisi Cuzeppe ilə bağlı idi. Görünür, o, yaxınlaşmaqda olan titul mübarizəsini önəmsəməyən azsaylı sakinlərdən biri imiş. Yazılanlara görə, "Fiorentina" ilə görüş ərəfəsində iş yerinin sahibi Cuzeppedən işə normal geyimdə yox, Dieqo Maradonaya məxsus, 10 nömrəli formada gəlməsini tələb edir. O isə tələbi geri çevirir. Nəticədə işçisinin Maradona və "Napoli"yə hörmət etmədiyini əsas gətirən boss özündən çıxır və müzakirənin sonu Cuzeppenin qovulması ilə nəticələnir. Üç gün sonra aciz Cuzeppe məkan sahibinə yaxınlaşıb, işə qaytarılmasını xahiş edir. Boss onun qarşısına iki şərt qoyur və deyir ki, bunlar yerinə yetirildiyi təqdirdə işə qayıda bilər: 1) 10 nömrəli formanı geyməlidi; 2) "Ho Visto Maradona" mahnısını (mahhnıda Maradona və Peleni müqayisə olunur) oxumalıdı.

Sonda balıqsatan və digər neapolluların narahatlığına əsas olmadığı ortaya çıxır. İlk hissənin ortalarında Andrea Karnevale Bruno Cordano ilə divar pası oynadıqdan sonra "Fiorentina"nın qapısına yol tapır. 11 dəqiqə sonra gələn və Roberto Bacconun müəllifi olduğu qol (A Seriyasında ilk qolunu vurmuşdu) da "Napoli" azarkeşlərinin çempionluq sevincinin ürəklərində qalmasına mane ola bilmir. Bu ərəfələrdə "San Paolo" stadionundakı 82 minlik kütləyə "Napoli"nin əsas rəqibi "İnter"in çempionatda qalmaq uğrunda mübarizə aparan "Atalanta" ilə oyunda 0:1 hesabı ilə geridə olduğuna dair məlumat çatdırılır.

Hesablar sona qədər dəyişməsə, "Napoli" "Fiorentina"ya uduzacağı təqdirdə belə, tituluna qovuşacaqdı. "Fiorentina" səfərdə qazanılacaq heç-heçəyə razı olduğundan, bitməz bilməyən, darıxdırıcı ikinci hissədə "barışıq" elan edir. Bu durğunluğu yaxınlıqdakı püskürmə poza bilir. Yox, Vezuvi dağından səs gəlmirdi, söhbət xoşbəxt "Napoli" fanatlarından gedir.

Nəhayət, final fiti səslənir. 1:1 hesablı heç-heçə "Napoli"nin çempionluğu bayram etməsi üçün yetərli olur.

Oyundan sonra "San Paolo"dakı çoxsaylı media nümayəndələri sadəcə bir sözün, önəm kəsb edəcək sitatın axtarışında idilər. Adəti üzrə Dieqo yenə bizi gözlədirdi. Nəhayət, matçın bitməsindən iki saat sonra, soyunub-geyinmə otağındakı şənliklərdən sonra Maradona qarşımıza çıxdı:

"Mənim üçün bu titul dünya çempionluğundan daha önəmlidi. Tokioda azyaşlılar arasında, ötən il Meksikada isə böyüklər arasında dünya çempionatlarının qalibi olmuşam. Ancaq hər iki situasiyada yalnız idim, yanımda dostlarım yox idi. Burada isə ailəm və Neapol şəhəri mənimlədi. Mən özümü Neapolun oğlu hesab edirəm".

Paddi Aqnyu - "Forza Italia"
Hazırladı: Rüfət Məcid
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 İyul 2021
14:48

Tokio 2020: Maksim 26-cı, Məryəm 30-cu oldu - YENİLƏNDİ

14:29

“Araz”ın rəqibi: “Məqsəd əsas mərhələyə yüksəlməkdir”

14:05

Tokio 2020: Tayfur uduzdu, Sotomayor və Abdullayev gözləyir

13:50

"Kəpəz"dən növbəti "transfer bombası"

13:33

Tarixdə bu gün: Əlamətdar olaylar

13:09

Emreli və Krivotsyukun Ekstraklassa dueli

12:41

Elnur Məmmədli Kəramətin məğlubiyyətindən danışdı: "Elə bilirlər Olimpiya çempionu olmaq asandır"

12:15

Tarixdə bu gün: Olimpiadada dünya rekordu

11:51

Tokio 2020-nin ilk "qızıl"ı Olimpiya rekordu ilə qazanıldı

11:24

Mərhum qrossmeyster Vüqar Həşimovun doğum günüdür

11:14

Eltac Səfərli beynəlxalq turnirin qalibi olub

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:45

Tokio 2020: Əsədov finişə çata bilmədi

10:36

Cavid İmamverdiyev I Divizionda

10:21

Pyaniç "Yuventus"a qayıtmağa çalışır

10:00

Günün transfer xəbərləri: "Qalatasaray" hərəkətdə

09:54

Tokio 2020: Lunyov 20-ci oldu

09:43

"Bayraqdar olmaq mənim üçün şərəf idi" - Rüstəm Orucov

09:25

Tokio 2020: Tixonovun cəhdi

09:13

Tokio 2020: Elçin Əsədov mübarizə aparır

09:00

Dünya Kuboku: Durarbəyli Özbəkistan şahmatçısı ilə tay-brekdə görüşür - YENİLƏNİR

08:45

Tokio 2020: Cüdoçularımız medalsız qaldı

08:20

Joze Mourinyu İran millisinin hücumçusunu aparır

08:00

"O komandanı heç vaxt çalışdıra bilmərəm" - Stiven Cerrard

00:58

Alman idmançını protezinə görə Tokio-2020-yə buraxmadılar

00:01

Tokio-2020: 10 idmançımız mübarizəyə başlayır

23 İyul 2021
22:48

Samir Abasov media önünə Buqrinlə çıxacaq

21:40

Rusiya millisinin yeni baş məşqçisi açıqlandı - RƏSMİ

21:33

Rumıniya millisinin üzvü "Qalatasaray"da - RƏSMİ

21:05

Dünya Kuboku: Durarbəyli-Abdusattorov cütünün taleyi tay-brekə qaldı - YENİLƏNİB

20:56

"Sabah" Gürcüstan təmsilçisinə uduzdu

20:51

DÇ: Məmmədova finalda məğlub oldu

20:19

Mahir Emreli "Legiya"nın yeni formasıyla - FOTOLAR

20:18

"Zirə" "Qarabağ"la qollu bərabərliyə razılaşdı

20:06

DÇ: Yunan-Roma güləşilərimizdən finala çıxan olmadı

19:32

Namiq Ələsgərov əməliyyat olundu

18:33

Zaur Ramazanov: " Konfrans Liqasına "Zirə" getsəydi, daha yaxşı oyunlar göstərə bilərdi"

17:51

Nərimanov rayon gəncləri arasında müsabiqə keçirildi - FOTOLAR

17:37

"Soçi"nin prezidenti "Keşlə" ilə oyundan danışdı

17:18

“Lord Ramal” vitse-prezident oldu

16:53

"Rüstəmin yarışlarını izləmək mənə çətin olsa da..." - Bayraqdarımızın atası

16:36

Amit Quluzadənin "Milsami"dən ayrılma səbəbi - MÜSAHİBƏ

16:17

Tokio 2020: Azərbaycan nümayəndə heyəti paraddan keçdi - FOTOLAR/VIDEO

16:00

"ASCO Arena”dan "Azərxalça”ya

15:49

Nəhs tarix, nəhs iştirakçı

15:43

Premyer Liqamızda püşkatmanın vaxtı açıqlandı

15:31

"Real Madrid"in ulduz futbolçusu koronavirusa yoluxdu

15:13

"Google" şirkətindən Tokio 2020-yə töhfə

14:57

PSJ Mbappeni razı sala bilmir

14:45

Əsgərdən Ələsgərov barədə açıqlama: “Onun yoxluğu “Neftçi” üçün ciddi itkidir”

14:30

Tokio 2020: Kimdən nə gözləyək?

14:15

Alman klubu hücum xəttini gücləndirir

14:00

Şəhid jurnalistlərin xatirə turniri keçirilir

13:45

İngiltərə Futbol Assosiasiyasında ilk

13:24

Mahirin komanda yoldaşı uzun müddətə sıradan çıxdı

13:15

Rauf Cabbarov qonaqların qələbəsinə şahid oldu

13:08

“Səbail”in rəqibləri bəlli oldu

13:00

Polşa fərqi azaltdı, Azərbaycan yerində sayır - UEFA reytinqi

12:45

"Zirə" "Qarabağ"la qarşılaşacaq

12:21

Qol sevincini zibil qutusunda qeyd etdi - VİDEO

12:08

“Olimpiakos”un futbolçusu Namiqdən belə üzr istədi - FOTO

12:06

Prezident Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib - FOTOLAR

11:54

Çingiz Hüseynzadə: "Yaxşı olacağına inanıram"

11:45

Tokio 2020-nin yenilikləri - Sənan Şəfizadə yazır

11:31

"Jorjinyo "Qızıl top"u qazanmağa layiqdir"

11:13

MEDİA həmkarlarımızı mükafatlandırdı

10:57

"Qarabağ" - "Aşdod": "Quru sülh"dən görüntülər

10:43

"Soçi" "Keşlə"ni belə yendi - VİDEO

10:14

Olimpiadada yoluxma sayı 100-ü ötdü

09:55

Günün transfer xəbərləri: Covinko Avropaya qayıdır

Facebookdan bizi izləməyi unutmayın.