Böyük Britaniyanın Antidopinq Agentliyi (UKAD) həbsdə olan boksçunu 4 il müddətinə cəzalandırıb.
Fanat.Az "Sport24"-ə istinadən xəbər verir ki, söhbət Cek Yubenkdən gedir.
2021-ci ilin avqustunda polis onun avtomobilindən narkotik tapıb. Boksçunun evinə baxış zamanı isə ümumi dəyəri 34 700 funt-sterlinq olan əlavə 340 qram kokain tapılıb. 2023-cü ilin sentyabrında idmançı Kanterberi Məhkəməsinin qərarı ilə narkotik alveri və cinayət mülkiyyətinə sahib olmaq ittihamı ilə 2 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Eubank peşəkar rinqdə 9 döyüş keçirib. Ardıcıl dörd qələbədən sonra o, beş məğlubiyyətlə üzləşib. O, son döyüşünü 2021-ci ilin dekabrında keçirib.
Mirağa