Tayson milyon yarımlıq məhkəməyə verildi - SƏBƏB

Tayson milyon yarımlıq məhkəməyə verildi - SƏBƏB

Kiprin “Medier” şirkəti boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Taysonu məhkəməyə verib. 

Fanat.Az xəbər verir ki, məlumatı "Middle Easy" yayıb.

Mənbənin bildirdiyinə görə, Tayson Kipr şirkəti tərəfindən idarə olunan "Rabona"nı tanıtmalı olsa da, müqavilədən imtina edib. "Dəmir Mayk" mart ayında Ceyk Paul ilə döyüşü elan edildikdən sonra öhdəlikdən boyun qaçırıb. Buna cavab olaraq, "Medier" Taysona qarşı iddia qaldırıb və 1,5 milyon dollar tələb edib. Qarşı tərəf hələ də duruma münasibət bildirməyib. İddia oktyabr ayında London məhkəməsinə verilib.

"Medier" Taysonun müqavilənin şərtlərini pozduğunu iddia etsə də, məhkəmə sənədləri göstərir ki, məşhur boksçu sövdələşmənin dayandırılmasına səbəb kimi Kipr şirkəti tərəfindən yol verilən pozuntuları göstərib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər