Döyüşdə nokauta düşəndən sonra xəstəxanaya yerləşdirilən boksçu Həsən Mqayya vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının mətbuat xidməti məlumat yayıb.
29 yaşlı tanzaniyalı idmançı dekbarın 27-də həmyerlisi Paul Elias ilə döyüş zamanı 5-ci raundda yerə yıxılan idmançının dili qatlanıb.
Həkimlər onun vəziyyətinin normallaşdığını bildirsələr də, Mqayya dekabrın 30-da dünyasını dəyişib.