Boks üzrə yüngül və orta çəkidə mütləq dünya çempionu Nino Benvenuti vəfat edib.
Fanat.Az "BoxingScene"yə istinadən xəbər verir ki, 1960-cı ildə Olimpiya çempionluğunu da qazanmış idmançı 87 yaşında dünyasını dəyişib.
Tarixin ən yaxşı boksçularından hesab olunan Benvenuti peşəkar rinqdə keçirdiyi 90 döyüşün 82-dən (35-i nokautla) qələbə qazanıb.
Qeyd edək ki, o, həvəskarlar arasında keçirdiyi 120 döyüşün 119-da sevinən tərəf olub.