Rusiyada boks üzrə “Qələbə Kuboku” start götürüb.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Boks Federasiyasının mətbuat xidməti yayıb.
Bildirilib ki, yarışa “Bakı” adı altında qatılan Azərbaycan millisi turnirə 1/4 final mərhələsindən başlayıb.
Permdə keçirilən “Qələbə Kuboku”nda boksçularımızın rəqibləri “Ural” olub. “Bakı” görüşü 3:2 hesabı ilə öz xeyrinə bitirib. Dörd raunddan ibarət qarşılaşmalarda komandamızın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xyşbaxt Kuldaşevi və Məhəmməd Abdullayev Aleksandr Dorofeyevi məğlub edib.
“Bakı” yarımfinal döyüşünə mayın 29-da çıxacaq. Görüş Saransk şəhərində baş tutacaq.