Azərbaycanın gənc boksçuları Gürcüstanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
Fanat.Az xəbər verir ki, sabah start götürəcək yarış 4 gün davam edəcək.
Yığmanın baş məşqçisi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov turnirdə Bilalhəbaşi Nəzərov, Nihat Qasımov (hər ikisi 50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (57 kq), Bagir Əmirxanlı, Tamerlan Əlimzanov (hər ikisi 60 kq), Vaqif Hacıyev (65 kq), Rza Rzayev (75 kq), Hüseyn Hüseynli (90 kq), Məhəmməd Cəfərova (+90 kq) şans verəcək.
Yarışda Fərhad Rəhmanov Azərbaycanı hakim kimi təmsil edəcək.