Şimali Makedoniyanın Kumanovo şəhərində gənc boksçular arasında beynəlxalq turnir keçirilib.
Fanat.Az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Abbasqulu Şadlinski yarışı qızıl medalla başa vurub.
75 kiloqram çəkidə mübarizə aparan boksçu finalda serbiyalı rəqibinə qalib gəlib.