Azərbaycan boksçusu Elbrus Adıgözəlov Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki. bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
60 kiloqram çəki dərəcəsində rinqə çıxan boksçumuz ikinci yeri tutub.
Qeyd edək ki, turnirdə 10 ölkənin təmsilçiləri mübarizə aparıblar.