Avropa çempionatı: Daha bir boksçumuz yarımfinala yüksəldi

Avropa çempionatı: Daha bir boksçumuz yarımfinala yüksəldi

Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın altıncı günündə daha bir idmançımız yarımfinala vəsiqə qazanıb.

Əli Baxışov (60 kq) yarımfinala yüksələrək özləri üçün azı bürünc medalı təmin edib. O, 1/4 finalda Slovakiya təmsilçisi Kristian Haraşiki 4:1 hesabı ilə məğlub edib. Boksçumuz avqustun 20-də finala vəsiqə uğrunda türkiyəli Furkan Avarla qarşılaşacaq. 

Bundan əvvəl isə  48 kq çəki dərəcəsində çıxış edən Banuçiçək Nəsirli yarımfinala vəsiqə qazanmışdı. O, avqustun 20-də finala yüksəlmək üçün irlandiyalı Ellen Coysla gücünü sınayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər