Ağır çəkidə WBA, IBF, WBO və IBO dərəcələri üzrə çempion Entoni Coşua ilə Kubrat Pulev arasında keçirilməli olan döyüş təxirə salınıb.
Fanat.Az "Matchroom Boxing"ə istinadən xəbər verir ki, döyüş koronavirus pandemiyası səbəbindən təyin olunan tarixdə baş tutmayacaq.
Coşua - Pulev döyüşü 20 iyunda "Tottenhem" klubunun stadionunda keçirilməli idi. Yeni tarixin daha sonra açıqlanacağı bildirilib.
Fanat.Az