Superağır çəkidə WBC titulunun sahibi Tayson Fyuri WBA, WBO və IBF versiyaları üzrə çempion Entoni Coşua ilə qarşılaşa bilər.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Coşuanın promouteri Eddi Hirn ilə Fyurinin maraqlarını təmsil edən "Queensberry Promotions" və MTK şirkətləri arasında danışıqlar başlayıb. Döyüş Səudiyyə Ərəbistanında və ya Ərəbistan yarımadasının başqa bir ölkəsində keçirilə bilər.
Coşua sonuncu dəfə 2019-cu ilin dekabr ayında rinqə çıxıb və Endi Ruisə qalib gəlib. Fyuri isə 2020-ci ilin fevralında Deontey Uaylderi məğlub etmişdi. Britaniyalı boskçu o gündən bəri döyüş keçirməyib.
Fanat.Az