Maksim Dadaşovun dul həyat yoldaşı Yelizaveta Apuşkina idmançının ölümünə görə Merilend Atletika Komissiyasından maddi təzminat tələb edir.
Fanat.Az TASS-a istinadən xəbər verir ki, Apuşkina Komissiyayaya qarşı iddia qaldırıb. Mənbənin məlumatında qeyd olunub:
"Əsas tələb pul təzminatıdı. Onun nə qədər olacağı məhkəmə tərəfindən müəyyənləşdiriləcək. Təqsirkar qismində Merilend Atletika Komissiyası göstərilir".
Dadaşov 2019-cu ilin iyul ayında dünyasını dəyişib. Rusiyalı boksçunun ölümünə IBF versiyası üzrə çempionluq matçında aldığı zədələrin səbəb olduğu bildirilir. Onun rəqibi Puerto-Riko təmsilçisi Subriel Matias idi.
Fanat.Az