Boksçumuz Tayfur Əliyev dünya çempionatında mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, millimizin 60 kiloqram çəki dərəcəsindəki üzvü 1/32 finalda Çarles Petit-Homm ilə gücünü sınayıb. Rəqibinə qalib gələn Tayfur növbəti mərhələyə yüksəlib.
O, 1/16 finalda italiyalı Simone Spada ilə üz-üzə gələcək.
*** 19:45
Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ilk görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində çıxış edən Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 1/16 finalda Tavfiqulla Süleymani (AİBA) ilə üz-üzə gəlib. Döyüş 26 yaşlı Kuba əsilli təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Bu gün millimizin daha bir üzvü - Tayfur Əliyev (60 kq) rinqə çıxacaq. 24 yaşlı idmançı haitili Çarles Petit-Homm ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi mundiala 9 boksçu ilə qatılıb. Bunadək dəri əlcək ustalarımızdan Məsud Yusifzadə (51 kq) və Malik Həsənov (63,5 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Ümid Rüstəmov (57 kq) və Rauf Rəhimov (92 kq) isə məğlub olaraq yarışla vidalaşıblar.
105 ölkədən 650 boksçunun iştirak etdiyi dünya çempionatına noyabrın 6-da yekun vurulacaq.