Daha bir boksçumuz dünya çempionatında 1/8 final görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 51 kq-da çıxış edən Məsud Yusifzadə puerto-rikolu Yankiel Rivera ilə üz-üzə gəlib.
Qarşılaşmanı 5:0 hesabı ilə qalib başa vuran idmançımız növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, sabah - noyabrın 2-də baş tutacaq 1/4 final görüşlərində Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq. Yusifzadədən başqa, Sərxan Əliyev (71 kq), Alfonso Dominges (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) yarımfinala vəsiqə uğrunda mübarizə aparacaqlar.
*** 19:35
Azərbaycan boksçusu Mirşərif Kazımzadə dünya çempionatında 1/8 final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, millimizin 75 kq çəki dərəcəsindəki üzvü özbəkistanlı Səidcəmşid Cəfərovla qarşılaşıb.
Rəqibinə 0:5 hesabı ilə uduzan Kazımzadə yarışla vidalaşıb.
Qeyd edək ki, bu gün daha 1 boksçumuz 1/4 finala vəsiqə uğrunda mübarizə aparacaq. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə üz-üzə gələcək.
***
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın 8-ci günündə Azərbaycanın daha 2 boksçusu 1/8 final görüşünə çıxacaq.
Millimizin 51 kiloqram çəki dərəcəsindəki üzvü Məsud Yusifzadə 1/4 finala vəsiqə uğrunda puerto-rikolu Yankiel Rivera ilə üz-üzə gələcək.
75 kq-da mübarizə aparan Mirşərif Kazımzadə isə özbəkistanlı Səidcəmşid Cəfərovla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, bunadək boksçularımızdan üçü - Sərxan Əliyev (71 kq), Alfonso Dominges (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) adlarını 1/4 final mərhələsinə yazdırıblar.