12:57 06.11.2021 1460

Dünya üçüncüsü boksçumuz: \"Dedim ki, bu qanı yerdə qoymayacağam\"

Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatının bürünc mükafatçısı Sərxan Əliyevin (71 kq) Fanat.Az-a müsahibəsi

- Karyeranızda ilk dəfə qatıldığınız böyüklər arasında dünya çempionatını medalla başa vurdunuz. Nəticəniz hamı üçün sürpriz oldu. Mundial öncəsi özünüz nə hiss edirdiniz?
- Bunadək böyüklərdə Avropa çempionatına da qatılmamışdım. Odur ki, bu, ümumiyyətlə, ilk böyük yarışım idi.

Dünya çempionatına komanda olaraq yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, medallarımızın sayı daha çox ola bilərdi. Mənim özümə gəldikdə, açığı, öncədən medal şanslarımı 50/50-yə dəyərləndirirdim. Çəkimi qaldırmalı olmuşdum, rəqiblərimin bəzisi isə çəki salıb gəlmişdi. Normalda 75-76 kq olan idmançılar idi. Hardasa fikirləşirdim ki, çəki azlığı mənə problem yarada bilər. Amma özümə, hazırlıq səviyyəmə də güvənirdim. İlk görüşü keçəndən sonra özümə inamım birəbeş artdı. 

- Biz sizi adətən hücum üslubunda, "1-ci nömrə" kimi döyüşən görmüşük. Ancaq Serbiyada fərqli üslub seçmişdiniz. Bu, nədən qaynaqlanırdı?
- Yaponiya idmançısı ilə görüşdə məşqçilər məsləhət bildi ki, "2-ci nömrə" kimi işləyim. Yaxşı alındı, digər döyüşlərdə də həmin taktikanı seçdim. Gördüyünüz kimi, mənə uğur gətirdi. Qarşıda bu döyüş üslubunun üzərində işləyib, daha da yaxşılaşdıracağam.

- Uduzduğunuz görüşün ilk raundunda hakimlər minimal üstünlüyü sizə vermişdi. Lakin sonrakı hissələrdə yorulduğunuz açıq-aşkar nəzərə çarpdı. Belə görünür ki, əsasən fiziki hazırlıq üzərində işləməlisiniz...
- Ukraynalı idmançı ilə əvvəlki mərhələlərdə qarşılaşsaydıq, inanıram ki, nəticə fərqli olardı. Keçilməz rəqib deyildi. Sadəcə, düz vurğuladınız ki, yorğunluq özünü göstərdi. Ümumiyyətlə, bu nəticə ilə kifayətlənmək fikrində deyiləm. Arxayınlaşmaq mənim təbiətimə yaddır. Bakıya qayıtdıqdan sonra beş-altı gün dincəlib məşqlərə davam edəcəyəm. Dünya çempionatındakı bürünc medal mənə yalnız daha böyük nəticələr əldə etmək üçün stimul verə bilər.

- Bunadək bir dəfə gənclərdə, bir dəfə də yeniyetmələrdə Avropa birinciliyinin bürünc medalçısı olmusunuz. Daha böyük uğurlar qazanmağınıza nə mane olurdu?
- Adətən hakimlərin haqsızlığı ilə üzləşirdim. Gənclər arasında dünya çempionatının 1/4 final döyüşündə də qərəzli qərarlara görə uduzub medalsız qalmışdım. Amma bu yarışda idarəçilik yüksək səviyyədə idi. Demək olar ki, bütün görüşlərin nəticəsi ədalətli oldu. 

- Böyük qardaşınız, Tokio-2020 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil etmiş Tayfur Əliyev 1/8 finalda uduzub yarışla vidalaşdı. Onun uğursuzluğu qarşıdakı döyüşlərinizə necə təsir etdi?
- Dünya çempionatında bizim görüşlərimiz arasında çox az zaman olurdu. Tayfur uduzduğu döyüşdən  sonra çox pis olmuşdu. Üstəlik, qaşından qan açılmışdı. Onu o halda görüb dedim ki, bu qanı yerdə qoymayacağam. Ondan sonra daha əzmlə vuruşmağa başladım.

- Sizdən fərqli Tayfurun artıq kifayət qədər böyük yarış təcrübəsi var.  Ancaq hələ də böyük yarışlarda fərqlənməkdə çətinlik çəkir. Sizcə, onda bu dəfə nə çatmadı?
- Tayfur yarışdan öncə bərk xəstələnmişdi. Məşqə gedirdi, evə gəlib iynə-dərman qəbul edirdi, sistem köçürdürdü. Serbiyaya tam istədiyi kimi yollana bilmədi. Bununla belə, iki döyüş keçə bildi. Daha yaxşı halda hazırlaşsaydı, inanıram ki, medal verəcəkdi.

Tayfur yaxşı boksçudur. Ona hətta kumirim deyirəm. Böyük qardaş kimi mənə hər zaman dəstək olur. İnanıram ki, qarşıda onun də yaxşı nəticələri olacaq.

- Serbiyadakı uğur münasibətiylə sizi kimlər təbrik etdi?
- Tanınmış boksçularımızdan Fariz Məmmədov təbrik edib. Federasiyadan isə vitse-prezident Süleyman Mikayılov və baş katib Nağı Səfərov əlaqə saxlayıb təbrik etdilər.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2025
00:16

Niderland millsinin sabiq üzvü həbs edildi

12 İyun 2025
23:33

Emil Balayevin "Neftçi"dəki aqibəti necə olacaq?

23:17

Avdullahu Almaniya klubunda - RƏSMİ

22:56

Spalletti Ronaldunun baş məşqçisi olmağa yaxındır

22:20

Millimiz FİFA reytinqində irəlilədi

21:51

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

21:17

Ansu Fatinin Fransa klubuna keçidi reallaşmaq üzrədir - SON DURUM

20:49

MY braziliyalı hücumçu ilə 5+1 illik müqavilə bağladı - RƏSMİ

20:18

"Milan"ın nümayəndəsi iki futbolçu üçün Londona yollandı

19:49

"Qarabağ"ın ilk rəqibi müəyyənləşdi

19:18

"Şamaxı" daha bir legionerin "hə"sini aldı

18:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

18:16

"Sabah" legioneri ilə vidalaşdı

17:46

Azərbaycan cüdoçularının DÇ-dəki rəqibləri müəyyənləşdi

17:25

Mançini milliyə can atır: "Getmək mənim günahımdır"

17:06

"Bu, reallığa çevrilmiş arzudur" - Trent Aleksander-Arnold

16:48

Leroy Sane "Qalatasaray"da - RƏSMİ

16:29

Avropa nəhəngi Niko Uilyamsla danışıqlara başladı - Vingerin tələbi açıqlandı

16:11

Ceydon Sançonu istəyən elita klublarının adları bəlli oldu

15:52

"Şamaxı" Premyer Liqanın debütantı ilə qarşılaşacaq

15:34

Modriçin İtaliya nəhənginə nə vaxt qoşulacağı bilindi

15:16

Levandovski ilə insident yaşayan Probej millidən getdi - RƏSMİ

14:58

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

14:40

"İndi klublararası dünya çempionatının qalibi olmağın əsl vaxtıdır" - Luis Enrike

14:22

Azərbaycanda keçiriləcək MDB oyunları üçün 246 medal dəsti ayrıldı

14:04

Patrik Andrade "Zirə"də?

13:45

"Kəpəz"in hazırlıq planı dəqiqləşdi - AÇIQLAMA

13:26

Kevin De Bröyne İtaliyaya yollandı - Maaşı və müqavilə şərtləri açıqlandı

13:08

"Sumqayıt" daha iki futbolçusu ilə vidalaşdı

12:50

"Zirə"də 2 yeni müqavilə - RƏSMİ

12:22

"Real" braziliyalı ulduzunu İngiltərə nəhənginə satır - MƏBLƏĞ

12:04

"Bayer" PSJ-nin oyunçusunu transfer etdi

11:37

"Hər komandaya onun kimi biri lazımdır" - Erlinq Holand

11:19

"Araz-Naxçıvan" ilk transferini reallaşdırdı

11:02

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı - Cüdo tariximizdə ilk

10:43

La Liqanın rəhbəri FİFA-nı sərt tənqid etdi - "Milli liqalara, xüsusilə də bizə ciddi problem olacaq"

10:24

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:06

"Mançester Yunayted"in yetirməsi Fransa nəhənginə keçdi - RƏSMİ

09:45

“Əl-Nəsr”in ən bahalı oyunçusu komandanı tərk edir

09:23

Leroy Sane Türkiyəyə gəldi - Ulduz futbolçudan ilk açıqlama

Facebookdan bizi izləməyi unutmayın.
X