Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Azərbaycan Boks Federasiyasının prezidenti postundan istefa verəcək.
Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir. Bildirilir ki, bu ABF-in bu gün keçiriləcək konfransında baş tuta bilər.
Kəmaləddin Heydərovu əvəzləyəcək şəxsə gəlincə, iddialara görə, onun yerini Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tutacaq.
Qeyd edək ki, K.Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.