WBC versiyası üzrə ağır çəkidə dünya çempionu Tayson Fyuri karyerasını bitirəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Dünya Boks Şurasının kəmərini qorumaq üçün aprelin 23-də həmyerlisi Dillian Uaytla qarşılaşacaq Fyuri bu görüşdən sonra peşəkar idmanla vidalaşacağını elan edib.
Peşəkar rinqdə keçirdiyi 32 döyüşün 31-də qələbə qazanan, 1-də isə heç-heçə edən 33 yaşlı boksçu Uaytla duelinin keçiriləcəyi "Uembli" stadionunda təşkil olunan mətbuat konfransında "Bu, karyeramın son matçıdır. Bankda 150 milyonum var. Sağlam və gəncəm. Artıq kimsəyə sübut edəcəyim nəsə yoxdur", - deyə açıqlama verib.
Qeyd edək ki, "Qaraçı kralı" ləqəbli Fyuri daha əvvəl də karyerasını bitirmək istədiyini bildirsə də, sonradan fikrindən daşınmışdı.
Sahib