Rusiya ordusunun xüsusi təyinatlı polkovnik-leytenantı Dmitri Astaxov Kemerovo vilayətində Ukrayna ordusu tərəfindən əsir götürülüb. Brifinq zamanı o, Ukraynaya qarşı gedən müharibədən utandığını bildirib.
Fanat.Az "Sport.ua" saytına istinadən xəbər verir ki, o, ukraynalı boksçular Aleksandr Usik və Vasiliy Lomaçenkonun ordu sıralarına qoşulduğunu görüb duyğulandığını bildirib:
“Peşəkar boksçularınızın çıxışını görmüşəm. İndi isə onlar vətənlərini müdafiə edirlər. Evdə həmişə onların döyüşlərini izləyirdim. Söhbət Usık və Lomaçenkodan gedir. Bunlar mənim ən sevdiyim boksçulardır. Onları görəndə utandım.
Onlar əsl qəhrəmandır. Hər zaman əlinə silah almağa hazır olan insanlardır. Mənə dedilər ki, sizi bura dəvət etməmişik. Mən Ukrayna ərazisinə gəldiyimiz üçün həqiqətən utanıram”.
Emin