Əfsanəvi boksçu Məhəmməd Əlinin 1974-cü ildə qazandığı çempionluq kəməri hərracda satılıb.
Fanat.Az xəbər verir ki, kəmər Milli Futbol Liqasında çıxış edən (NFL) “İndianapolis Kolts” klubunun sahibi Cim İrsey tərəfindən 6,18 milyon ABŞ dollarına alınıb.
Həmin vaxt ağır çəkidə titulunu bərpa etmək üçün Corc Formanla qarşılaşan Əli mübarizəni səkkizinci raundda nokautla qazanıb.
Hərracda boksçunun digər əşyaları, o cümlədən Co Freyzerə qarşı “Əsrin döyüşü”nə çıxarkən geyindiyi xalat da satılıb.
Qeyd edək ki, Məhəmməd Əli 2016-cı ildə 74 yaşında vəfat edib. Amerikalı boksçu karyerası ərzində 61 döyüş keçirib, 56 qələbə qazanıb.