Azərbaycan Basketbol Liqasında (ABL) bu mövsüm rəqabət olacaq. Fanat.Az xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Lazar Spasiç deyib. Klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis ABL-in I turunda "LANDAU Lions" komandasına qarşı keçirdikləri oyun barəsində danışıb: "Bu oyunda qələbə bizim üçün vacib idi. Oyunçularımızın sona qədər mübarizə aparmasından, xarakter nümayiş etdirməsindən, komanda olaraq bir olmasından razı qaldım. Rəqib çox intizamlı müdafiə olunurdu. Son 10 dəqiqədə oyunumuzu xüsusilə bəyəndim. Oyunun əvvəlində müəyyən həyəcan var idi. Hakimliyə gəlincə onlar basketbolun inkişafinda çox vacib rol oynayırlar. Mən onlardan gələcəkdə daha da inkişaf etmələrini və qarşıdakı böyük inkişaf prosesinin bir hissəsi olmalarını gözləyirəm. Təşkilatçılıq, ab-hava əla idi. Gördüklərimə əsasən düşünürəm ki, bizi rəqabətli liqa gözləyir. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm. Tribunada çoxlu insan görəndə xoşbəxt oluram. Ümid edirəm ki, azarkeşlərimiz bizi hər oyunda bu cür dəstəkləyəcəklər. Bizim işimiz oyunları qazanmaq və onlara sevinc bəxş etməkdir". Qeyd edək ki, "Sabah" - "LANDAU Lions" qarşılaşması birincilərin 84:74 hesablı qələbəsi ilə bitib.
"Bu mövsüm rəqabət böyük olacaq" - Lazar Spasiç
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı