Çempionlar Liqası: "Zirə" və "Birbaşa Bakı" 1/8 final oyunlarına çıxır

Çempionlar Liqası: "Zirə" və "Birbaşa Bakı" 1/8 final oyunlarına çıxır

Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparan 3 Azərbaycan komandasından 2-si pley-offda yoluna davam edir. Fanat.Az xəbər verir ki, "Aznur" çıxışını dayandırıbsa, "Birbaşa Bakı" ilə "Zirə" 1/8 finala yüksəlib. E qrupundan 1/8-ə lider kimi yüksələn "Birbaşa Bakı" bu gün İngiltərənin “Bukovina Badeuti” kollektivi ilə üz-üzə gələcək. Görüş saat 14:45-də başlayacaq. Yeri gəlmişkən, İngiltərə təmsilçisi F qrupunda digər təmsilçimiz "Aznur"un rəqibi olub və bürünc mükafatçımızı 3:2 hesabı ilə yenib. 1/8 finalda mübarizə aparacaq digər təmsilçimiz "Zirə" isə bu gün Monteneqronun "MR NO Sbbet" kollektivi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Qeyd edək ki, Azərbaycan çempionu “Zirə” G qrupunda Bosniya və Herseqovinanın “Krayina Plan 21” komandası ilə 1:1 edib, Çexiyanın “Hanspaulka Praqa” kollektivinə 2:0 qalib gəlib, İspaniya "Qrupo Roxu"suna 1:2 yenilib və qrupu 2-ci yerdə başa vurub. Sentyabrın 27-nə kimi davam edəcək Çempionlar Liqasının oyunları İspaniyanın Kambrils şəhərində keçirilir. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər