27-29 yanvar 2023-cü il tarixlərində Portuqaliyanın Almada şəhərində cüdo üzrə Qran Pri turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, ilin "Dünya Turu" seriyasından olan ilk yarışında Azərbaycan cüdoçuları da çıxış edəcək. Milli yığmaların məşqçilər heyəti turnir üçün hələlik 16 (9 kişi, 7 qadın) idmançı sifariş edib.
Kişilərdən ibarət yığmanın kapitanı Rüstəm Orucov Qran Priyə yeni çəki dərəcəsində - 81 kiloqramda qatılacaq.
Kişilər: Turan Bayramov, Nazir Talıbov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Vüsal Qələndərzadə, Nurlan Osmanov (hər ikisi 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Camal Qamzatxanov (+100 kq).
Qadınlar: Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq).